Samux rayonunda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” qeyd olunub
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Samux rayonunda Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi istirahət parkında ucaldılmış möhtəşəm heykəli önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Daha sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış oldular.
Samux Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Rayon Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi və polis işçilərinin respublikamızdaki sabitliyin qorunmasındakı rolundan danışdı.
Daha sonra Samux Rayon prokuroru Mayıl Hacıyev çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik etdi.
Samux Rayon Məhkəməsinin hakimi Səadət Zeynalova isə çıxışında polis işçilərinin respublikamızda cinayətkarlığa qarşı mübarizədə gördüyü işlərdəndən danışdı.
Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Samux Rayon Polis şöbəsinin bir sıra əməkdaşları təltif olundular.
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...