Cəlilabadda şəhidlərin xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub
Cəlilabad rayonunun Adnalı kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksinin açılış mərasimi olub.
Tədbirdə şəhid ailələri, rayon İcra Hakimiyyəti əməkdaşları, müəssisə və təşkilat, qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Açılışda çıxış edənlər ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayaraq, onların problemlərinə kompleks şəkildə yanaşılaraq həll edildiyini söyləyiblər.
Azərbaycanın qəhrəman övladlarının öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyi vurğulanaraq qeyd edilib ki, məhz onların və ümumilikdə Azərbaycan Ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.
Sonda kəndin şəhidlərinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
-
Azərbaycan diplomatiyasının prioriteti
...
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...