Azərbaycan 5 erməni hərbçini təhvil verdi
Azərbaycan Ermənistanın 5 hərbçisini təhvil verib.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
"Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib:
- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı".
-
Rüstəm Muradov: “Hadrut ərazisindəki vəziyyət sabitləşib”
...
-
Azərbaycan Ermənistana xəbərdarlıq etdi
...
-
Azərbaycanı dəstəkləyən görünməz güc - Müharibənin sensasion pədəarxası
...
-
Ordumuz Kəlbəcərə daxil oldu - Rəsmi
...
-
Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı
...
-
Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olub
...
-
Ermənilər indi də Ağdamda evləri yandırır - Video
...
-
Ermənilərin Xankəndində şok planının üstü açıldı - Video
...
-
Atəşkəs elan olundu!
...
-
Erməni müxalifəti Paşinyanın istefasını tələb edir
...