Bu gün Azərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda 2022-2023-ci tədris ilinin ilk dərs günüdür.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimiz şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.
Nazirlikdən həmçinin bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim olunub
...
-
Emin Əmrullayevdən yeni təyinatlar
...
-
Dövlət peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd veriləcək
...
-
Bakı məktəblərində “Şuşa ili” ilə bağlı keçiriləcək tədbirlər müəyyənləşib
...
-
DİM kolleclərə tələbə qəbulu elan edib
...
-
Növbəti tədris ilinin məktəbli formaları belə olacaq - Fotolar
...
-
Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edilib
...
-
Nazir videoları ilə məşhurlaşan müəllimlə görüşdü - Fotolar
...
-
Ali məktəblərə builki tələbə qəbulu qaydaları açıqlanıb
...
-
Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açılıb
...