Lökbatanda şəhidin anım mərasimi keçirildi - Fotolar
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yunsi Rafik oğlu Surxayevin anım mərasimi keçirilib. Anım mərasimi şəhidin dəfn olunduğu rayonun Lökbatan qəsəbəsində baş tutub.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra mərasim iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhid Surxayev Yunis Rafik oğlunu məzarı önünə əklil və gül dəstələri qoyub.
Şəhid Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olmuşdur. 2008-ci ci ildə Qobustan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020- cil ilin aprel ayında hərbi xidmətə gedib. Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları
Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi Yunsi Rafik oğlu Surxayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...