Azərbaycan Ordusunun mövqeləri dörd istiqamətdə atəşə tutulub
Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
Ermənilər Qarabağa terrorçu toplamaq üçün elan yaydı - Fotolar
...
-
Ermənilərin atdığı raketdən sonra Ordubad - Fotolar
...
-
Düşmən bu gecə ciddi itki verib
...
-
Düşmən bu gün daha 17 hərbçi itirdi
...
-
Ermənilərin 5-ci dağatıcı alayının müdafiə heyəti məhv edildi
...
-
Düşmənin bütün cəbhə boyu fəaliyyətinin qarşısı alınıb
...
-
Düşmənin 3 PUA-sı məhv edilib - Video
...
-
Erməni polkovnik-leytenantı məhv edildi
...
-
Ordumuzun havadan endirdiyi zərbələr nəticəsində düşmən ağır itki verib qaçdı - RƏSMİ
...
-
Ermənistanın Gəncəni raketlə vurma anının - Videosu
...