Sabah da yağış yağacaq
Dekabrın 13-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında şərq rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...