Sabah 26° isti olacaq
Mayın 6-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava üstün olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13°, bəzi yerlərdə 16-18° isti olacaq.
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...