Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq ölkə turniri keçirilib
Bakının Pirallahı rayonundakı Nərəkənd parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, həmçinin “Triterra” klubunun təşkilatçılığı və “Baku City Circuit”in dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq ölkə turniri keçirilib.
Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Böyük Britaniya, Xorvatiya, Rusiya və digər ölkə təmsilçilərinin də qatıldığı yarışda 83 idmançı qüvvəsini sınayıb.
Tədbir böyük maraq doğurub. Həm media nümayəndələri, həm də şəhərimizin sakinləri gözəl Xəzər dənizi mənzərəsində yarışı izləyiblər.
İdmançılar 1,9 km məsafəyə üzüb, 90 km məsafəyə velosiped sürüb və 21,1 km məsafəyə qaçıblar. Yarışa həm fərdi, həm də qrup şəklində qoşulan iştirakçılar olub.
Azərbaycan Triatlon Federasiyası uşaq idmanına diqqəti artırmaq məqsədilə Nərəkənd parkında aşağı yaş qrupu idmançılarının da kiçik qaçış yarışını təşkil edib.
Mükafatlandırma mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının (ATF) vitse-prezidenti, "Triterra" klubunun rəhbəri və yarışın direktoru Rüfət Həsənov, ATF-nin baş katibi Seymur Hüseynov və ATF-nın vitse-prezidenti Azər Əliyev iştirak ediblər.
Birinci yeri tutan idmançılara 2000 AZN məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr təqdim olunub. İkinci və üçüncü yerlərin sahibləri isə, müvafiq olaraq, 1000 AZN və 500 AZN məbləğində pul mükafatı və sponsorlardan hədiyyələr qazanıblar.
“IronWind”in “Absolute” kateqoriyasında medalçılarını təqdim edirik:
Qadınlar
1. İnna Anisimova
2. Rabiyə Oruclu
3. Natalya Vallek
Kişilər
1. Oleksandr Mordasov
2. Teymur Fərəcov
3. Konstantin Vedmed
Qeyd edək ki, turnirə PMD, ALUFAR, METAK, NAR MOBILE, BONAQUA, SMARTSCORING sponsorluq ediblər.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...