Suraxanıda Milli Qurtuluş günü qeyd olundu - Fotolar
İyunun 14-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı təntənəli tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər.
RİH-in akt zalında baş tutan tədbirdə RİH başçısı Əziz Əzizov çıxış edərək bu günün xalqımız üçün əsl qurtuluş tarixi olduğunu vurğulayıb. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında həlledici rol oynad: “Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin uğurun bariz nümunəsi 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən böyük zəfər və qələbədir”.
Daha sonra çıxış edən digər qonaqlar da ümummilli liderin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildiriblər.
Sonda incəsənət xadimlərinin ifasında ulu öndərə həsr olunmuş çıxışlar təqdim edilib.
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...