“Neftçi”dən daha bir transfer
“Neftçi” növbəti transferini həyata keçirib.
Fransalı futbolçu Ervin Koffi ilə 2 illik müqavilə bağlanıb.
28 yaşlı sağ cinah müdafiəçisi yeni komandasının heyətində 99 nömrəli formanı geyinəcək. Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.
-
İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi
...
-
“Neftçi”dən ayrıldı, Basketbol Federasiyasında vitse-prezident oldu
...
-
Millimiz qrup lideri oldu
...
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...
-
Çempion şahmatçılar “Sirab”ı seçdi - FOTO
...
-
Dünya Qadın Seriyası: Azərbaycan 1/4 finalda
...
-
"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub
...