Milli maraqlara söykənən siyasət
Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television
Network” televiziya kanalında yayımlanmış müsahibəsində deyilir ki, bəzi ölkələrdən
fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər
hansı işə qoşulmur. Biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Bu, əsas
səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası
müstəqil QHT-lərin hücumuna məruz qalır.
Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının
hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. Azərbaycanın xarici siyasətində
dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələri müstəsnadır.
Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə
münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük
önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı
şəkildə göstərmiş olur.
İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı
mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir.
Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl
prinsipini hazırladı. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam
etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan
Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən
mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar,
Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar.
Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, oxşarlığı ondan ibarətdir
ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalıxarakteri ilə seçilir.
Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə, Azərbaycanın
mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur. Bizim dini və ya etnik zəmində
heç zaman hər hansı problemimiz olmayıb. Azərbaycandakı erməni azlığının
hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan
vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.
Arzu Cəfərli,
Cəlilabad RMX PHŞ in Reanimasiya
və Anesteziologiya şöbəsinin müdiri
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...