“Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu imzalandı - Fotolar
Türkiyədə bu gün “Beşiktaş” və “Neftçi” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində İstanbul təmsilçisinin təşkilatçılığı ilə rəsmi yemək olub.
Bu haqda Bakı klubu məlumat yayıb.
Məlumata görə, rəsmi yeməkdən sonra “ağ-qaralar”ın baş icraçı direktoru Fərrux Mahmudov və “Beşiktaş”ın vitse-prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb. Razılaşmaya əsasən, gələcəkdə “Neftçi” və “Beşiktaş”ın əsas komandaları arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçular arasında təcrübə mübadilələrinin aparılması nəzərdə tutulub.
Həmçinin, klublar media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.
-
Bu gün Çempionlar Liqası finalı var
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...