“Qarabağ” təsdiqlədi - Şahruddin Türkiyəyə gedir
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqası təmsilçisi “Adana Demirspor”la danışıqlar üçün sabah qardaş ölkədə olacaq. Bu barədə “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl məlumat verib.
O bildirib ki, hər şey qolkiperin istəyindən asılı olaraq müəyyənləşəcək: “Təklif gəldi və Şahruddin hazırda bunu dəyərləndirir. Sabah son danışıqlar üçün Türkiyə klubunun düşərgəsində olacaq. Əgər tam razılıq olarsa, müqavilə imzalanacaq və qapıçı orada qalacaq. Onun komandamıza çox böyük faydası dəyib. Hər zaman Şahruddindən razı olmuşuq, bu gün də elədir. Amma istənilən halda qərarı özü verəcək”.
Klub rəsmisi futbolçunun transferi məbləği olmadan “Adana Demirspor”a keçəcəyi xəbərinə isə belə münasibət bildirib: “Hələ ki, bu barədə danışıq olmayıb. Biz onun karyerasının yaxşı olmasına sevinərik. Əgər Türkiyədə qalıb oynamaq istəsə, biz ona mane olmayacağıq”.
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...