Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev Özbəkistanda səfərdədir.
Sentyabrın 20-də AHİK sədri Səttar Möhbalıyev və Özbəkistan Həmkarlar İttifaqları
Federasiyasının (ÖHİF) sədri Qudratulla Rafiqov Daşkənddə Ümummilli Lider Heydər
Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad
edərək abidə önünə gül dəstələri qoyublar.
AHİK sədri Səttar Möhbalıyev və onu müşayiət edən şəxslər Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzində olublar. Sədr Mərkəzin fəaliyyəti ilə tanış olub,
Azərbaycan diaspor təşkilatının nümayəndələri ilə görüşüb.
Sonra ÖHİF-in Əmək və Sosial Münasibətlər Akademiyasına gələn AHİK sədri Səttar
Möhbalıyev ali təhsil ocağının Elmi şurasının üzvləri, professor-müəllim heyəti və
tələbələri ilə görüşüb. Tədbirdə çıxış edən Səttar Möhbalıyev Azərbaycan və Özbəkistan
respublikaları arasında mövcud münasibətlərdən, bütün sahələr üzrə davamlı inkişaf edən
qarşılıqlı faydalı əməkdaşlıqdan, həmçinin ölkələrimizin həmkarlar ittifaqlarının
əlaqələrindən danışıb. Tədbirdə Səttar Möhbalıyevə Akademiyanın “Fəxri professor”
diplomu təqdim olunub.
Daha sonra ÖHİF-in binasında görüş təşkil olunub. Görüşdə ÖHİF sədri Qudratulla
Rafiqov və AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Özbəkistan arasında qardaşlıq
münasibətlərindən, həmçinin iki qurum arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın
daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən
danışıblar.
Ardınca ÖHİF və AHİK arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum
imzalanıb.
Bildirilib ki, Memorandum qurumlar arasında əvvəllər imzalanmış sənədlərin davamı
olaraq həm ÖHİF və AHİK, həm də sahə həmkarlar ittifaqları arasında əlaqələri
genişləndirəcək, münasibətlərdə yeni mərhələ təşkil edəcək.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...