Azərbaycanın zəmanəti
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri rəşkil edildi. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılırdı. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən də məlumat mütamadi olaraq verilirdi.
Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırışlar olunurdu. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumatlar daim göndəriliirdi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar olunurvə məlumat vərəqələri də paylanılırdı.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu.
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi, onlar içməli su və ərzaqla təmin olundu.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradıldı.
Hüseyn Eynullayev
Saatlı Heydər Əliyev Mərkəzinin əməkdaşı
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...