Azərbaycan millisinin üzvü dünya ikincisi oldu - Fotolar
Diana Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançımız 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib. O, təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb. (20:21.43). Bu nəticə ilə Diana əsas final olan A finalına vəsiqə qazanıb.
Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. İdmançımız fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. Diana yalnız irlandiyalı Monika Dukarskadan geri qalıb. (32:09.17)
Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə Dünya çempionatında da 2-ci yer tutub.
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...