Qaradağda konfrans keçirildi - Fotolar
Oktyabrın 12-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev-100: Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, Ümumilli lideri Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışıb.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Ümummilli liderin özünün də dediyi kimi Azərbaycan dünyaya Günəş kimi doğub.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri Fərmanlar, YAP sıralarına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim edildi.
Tədbir bədii hissə ilə başa çatıb.
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...