Premyer Liqa: "Neftçi" "Sabah"ı qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Ilk olaraq "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.
“Kapital Bank Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci, "qırmızı-qaralar" 7 xalla 9-cu pillədə qərarlaşıb.
Turun mərkəzi görüşündə isə "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcək. "Neftçi Arena"da reallaşacaq matç saat 18:30-da start götürəcək. "Ağ-qaralar" 15 xalla 5-ci, "Sabah" isə 10 xalla 8-ci sıradadır.
29 oktyabr (bazar)
16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Kapital Bank Arena”.
18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”.
Qeyd edək ki, XI tura sabah "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda "Turan Tovuz" "Kəpəz"i 4 cavabsız qolla üstələyib. "Zirə" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 2:2.
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...