İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın Əməkdar mədəniyyət işçisi İsgəndər Sultanov imzaladıqları sənədə əsasən nəzərdə tutulan əməkdaşlıq fəaliyyətləri ilə bağlı məsələləri müzakirə ediblər. Buraya iki türkdilli ölkə arasında birgə yaradıcılıq layihələrinin, qarşılıqlı qastrol səfərlərinin, o cümlədən teatr sənəti sahəsində yaradıcı heyətlərin təcrübə mübadiləsinin təşkili, teatr sənətinin aktual problemlərinə dair məsləhətləşmələrin aparılması və s. daxildir.
Bu memorandumu Musiqili Teatrla özbək teatrları arasında uğurlu əməkdaşlığın davamı hesab edən Əliqismət Lalayev söhbət əsnasında Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı, Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı və Namanqan Vilayət Musiqili Dram və Komediya Teatrı ilə mövcud əlaqələrdən də danışıb.
Musiqili Teatrla əməkdaşlıqdan məmnun olduğunu bildirən İsgəndər Sultanov yaradılan şəraitə görə zəhməti olan hər kəsə – TÜRKSOY-a, Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliyinə də minnətdarlığını bildirib.
Qeyd edək ki, Səmərqənd Vilayət Musiqili Dram Teatrı Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150, TÜRKSOY-un 30 illik yubileyləri, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi şərəfinə ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Leyli və Məcnun” tamaşasını uğurla nümayiş etdirib.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...