Deputatlarımız futbol oynadı, medal qazandı
Azərbaycanlı deputatlar Türkiyədə keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Qardaş ölkənin 100 illiyinə həsr edilmiş yarışda Türkiyə ilə yanaşı Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstanın parlamentlərini təmsil edən komandalar iştirak edib.
B qrupunda mübarizə aparan azərbaycanlı deputatlardan ibarət komanda 4 oyundan 3-də qalib gələrək “bürünc”ə sahib çıxıb.
Azərbaycan komandasının heyətində deputatlar Tahir Mirkişili, Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Fərid Hacıyev, İlkin Məmmədov, Aqşin Hümmətov, Emin İmanov, İlham Həsənov, Rüfət Ələkpərov, Təbriz Tağıyev çıxış edib. Baş məşqçi isə futbol yığmamızın sabiq üzvü İsgəndər Cavadov olub.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...