Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib
Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.
Tədbir “Sərhədçi” İdman Mərkəzində baş tutub.
İlk olaraq iştirakçı ölkələr meydana dəvət olunublar. Azərbaycan bayrağı arenaya gətirildikdən sonra Hərbi Orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Ardınca Beynəlxalq Hərbi İdman Şurasının bayrağı qaldırılıb.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb və Azərbaycanda güləşin qədim ənənələrə malik olduğunu söyləyib: “Bütün bunların hamısı cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir. Hazırda keçirilən yarışda 18 ölkə iştirak edir. Bütün idmançılara uğurlar arzulayıram".
Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede Bakıdakı təşkilatçılığı yüksək qiymətləndirdiyini söyləyib.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Abbas Xəlilov qonaqları bu turnirdə görməkdən məmnun olduğunu bildirib: “Cənab Prezident İlham Əliyevin başçılığı altında ölkəmizdə bir çox beynəlxalq yarışlar təşkil olunur. Azərbaycanda keçirilən bu dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi bizim üçün xüsusi məna kəsb edir. Bu gün idman özündə sülhü, dostluğu əks etdirir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq İdman Şurasına yarışı bizə həvalə etdiyi üçün minnətdarlığımızı bildiririk".
Sonda açılış mərasiminin bədii hissəsi start götürüb.
Qeyd edək ki, bu gün “Sərhədçi” İdman Mərkəzində start götürən yarış dekabrın 3-də başa çatacaq. Turnirdə 18 ölkədən 222 idmançı (176 kişi, 46 qadın) mübarizə aparır.
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...