Sabahın havası açıqlandı
Fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...