Rəsmi İrəvanın siyasəti manipulyasiya alətidir
Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında beynəlxalq ictimaiyyəti və bəzi siyasi dairələri maraqlandıran məsələlər haqqında mühüm tezislər irəli sürülmüşdür. Prezident qeyd etmişdir ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
Ermənistanın hərəkətləri bütün dünyaya bir daha göstərir ki, rəsmi İrəvan öz niyyətlərindən əl çəkmir. Son vaxtlar baş verənlər Ermənistanın qeyri-ciddi və sabit olmayan şəxslər tərəfindən idarə olunduğunu nümayiş etdirir. Proseslərin təhlili deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmir, xarici havadarlarından aldıqları tapşırıqların əsirinə çevrilib. Paşinyan öz beynəlxalq himayədarlarından aldığı tapşırıqla hərəkət edir və qeyri-sabit siyasət yürüdür. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.
Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Ermənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.
Bütün bunlar erməni xislətinin məhsuludur və hökmən fiaskoya uğrayacaq.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Ermənistan üzərinə götürdüyü öhdəlikləri zaman itirmədən icra etməli, sülh müqaviləsinin imzalanmasına çalışmalı və eyni zamanda Zəngəzur dəhlizinin işə düşməsi sahəsində üzərinə götürdüyü öhdəliyə əməl etməlidir.
Surxay Səlimov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...