"Oxumaq, öyrənmək həmişə lazımdı"
Ölkə futbolumuzda "MKT-Araz", "İnter" (hazırkı "Şamaxı") kimi klublarda oyunlarıyla diqqət çəkən, ötən mövsüm isə "İmişli"nin sükanı arxasında olan, cari futbol ilində isə doğma rayonunun təmsilçisində Əsgər Abdullayevin köməkçisi olan yığmamızın sabiq futbolçusu Ruhid Usubov məşqçilik kurslarına qoşulub. Veteran futbolçu bu məsələylə bağlı azeripress.az saytına açıqlaması belə olub:
"Məşqçiliyik bacarığımı və savadımı təkmilləşdirmək üçün kursa yazıldım. Futbol yalnız oynamaq, göstəriş vermək, idarə etməklə bitmir. Oxumaq, öyrənmək həmişə lazımdı. Bizə kurs keçən Aslan, Osman, Arif müəllim kimi insanların çox fayfası var. Keçmiş komanda yoldaşlarımfan Elvin Məmmədov ilə Vüqar Nadirovla birgə dinləyici kursundayıq. Günümüz çox yaxşı keçir, futbolçu karyeralarımı yada salır, nostalji hislərə qapılırıq".
ABDULLA İSMAYILOĞLU
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...