Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.
Bundan başqa RPŞ əməkdaşlarının son 1 həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 2, odlu silah saxlayan 1 və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 ədəd “PQ-7” markalı raket, 1 ədəd əl qumbarası, 2 ədəd tüfəng, 3 ədəd avtomt və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.
-
Profilində narkotiki təbliğ etdi, həbs olundu
...
-
DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
...
-
Samir Salam saxlanıldı
...
-
Maştağanın əsas narkotaciri tutuldu - Video
...
-
DTX metroda terror olacağına dair səs yayan şəxsi saxladı
...
-
Həmin gün “Bravo”da ələ keçirilən pulun məbləği məlum oldu
...
-
Nərimanovda aparatdan 29 min manat oğurlandı - Kameraya düşdü
...
-
Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video
...
-
Rəşad Dağlının həbs müddəti uzadıldı
...
-
“Bravo”da silahlı insident, ölən və yaralanan var - Video
...