Yollardakı vəziyyət açıqlanıb
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün gecə boyu və hazırda da qabaqlayıcı tədbirlər görür.
ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a verilən məlumata görə, qartəmizləyən və qumsəpən texnikalar nəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilir, qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edilir, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə işlər aparılır.
ASC-nin balansında olan Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur, hazırda da yollarda vəziyyət normaldır: “Ancaq yenə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacların yaranmasına gətirib çıxarırlar və qar təmizləyən texnikaların da hərəkətinə maneçilik törədirlər. Bir daha hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür”.
N.О.
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...