Mikayıl İsmayılov neftçiləri təbrik edib

12:36 18-12-2017 | icon 4467
Mikayıl İsmayılov neftçiləri təbrik edib
ARDNŞ-nin vitse - prezidenti Mikayıl İsmayılov Azərbaycan neftçilərini növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd etmələri münasibətiylə təbrik edib. O, qeyd edib ki, bu günün sentyabrın 20-də bayram edilməsi 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft və qaz yataqları blokunun kəşfiyyatı və istismarı üzrə bağlanmış "Əsrin müqaviləsi"nin imzalanması vaxtına uyğunlaşdırılıb.
 
"Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Nəticədə, neft-qaz sahəsinin aktiv inkişafı respublika həyatının bütün sahələrinin artımına gətirib çıxardı. Bu müqavilə ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirən özüldür.

Bayramınız mübarək!"

Digər xəbərlər

0.27031183242798