YAP-ın yardılmasının 25-ci ildönümü Xızıda təntənə ilə qeyd edilib
Yeni Azərbaycan Partiyasının yardılmasının 25-ci ildönümü ilə bağlı YAP Xızı rayon təşkilatında tədbir keçirilib.
Tədbirdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, bu günlər ölkənin hər yerində Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü qeyd olunur: "Bu ildönümü ərəfəsində tarixi yaddaşımıza nəzər salsaq Yeni Azərbaycan Partiyasının ölkəmizin çətin və böhranlı dövründə obyektiv zərurətdən meydana çıxdığını iftixar hissi ilə qeyd edə bilərik. Dövlətin və cəmiyyətin həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən zərurətdən, milli tələbatdan yaranır. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən irəli gəlib".
F.Haqverdiyev Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıb.
Sonra YAP Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova, YAP Xızı rayon təşkilatı Gənclər birliyinin üzvü İman Ağayev və rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov çox ağır və çətin şəraitdə yaradılan Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən şərəfli bir yol keçməsindən, cəmiyyətin əsas aparıcı siyasi təşkilata çevrilməsindən və partiyanın cəmiyyətdə rolundan danışıblar.
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...