Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir
01 dekabr 2017-ci il tarixdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova,
QMƏVŞAİB-in sədr müavini Ariz Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin
prorektoru Mikayıl Zeynalov və rayonda fəaliyyət göstərən ictimai təşkilat rəhbərləri və filialın
üzvləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları rayonun Lökbatan qəsəbəsində yerləşən
Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin məzarlarını
ziyarət etmişlər
Yığıncaqdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və
yaradıcılığını əks etdirən muzeylə tanış olmuşlar.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış, Ulu öndər və şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının sədri Maqsud Heydərov hesabatla çıxış
etmişdir. O, çıxışında hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı çıxış etmiş,
dövlətin müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi qayğıdan danışmışdır.
Müharibə veteranı Mikayıl Zeynalov, müharibə əlilləri Mehman Hüseynov, İlqar Qayıbov,
Bəhmən Qurbanov və Azər Hüseynov, rayon Ağsaqqallar şurasının sədri Təhməz Abbasov çıxış
edərək rayon filialının fəaliyyətindən danışmışlar. Rayon İcra Hakimiyyətinin başçısının müavini
Təranə İsmayılova çıxış edərək rayonda yaşayan müharibə statuslu insanlara göstərilən diqqət və
qayğıdan danışmış və onların problemlərini daim rayon rəhbərliyinin diqqət mərkəzində
olmasını bildirmişdir. QMƏVŞAİB-in sədr müavini filialın işini qənaətbəxş hesab etmiş və
gələcək işlərində filiala uğurlar arzulamışdır. Tədbirdə filialın fəaliyyətində fəal iştirak edən
şəxslərə Fəxri Fərmanlar təqdim olunmuşdur.
Tədbirin sonunda 3 dekabr - Beynəlxalq əlillər günü münasibətilə Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialı
tərəfindən müharibə əlilləri arasında stolüstü oyunlar üzrə keçirilən rayon turnirinin qaliblərinə
diplom və hədiyyələr təqdim edilmişdir.
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...