“Heydər Əliyev” ordeni bu dəfə ona verildi
Prezident İlham Əliyev məşhur heykəltəraş Ömər Eldarovu təltif edib.
Prezidentin sərəncamı ilə o Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah Ö. Eldarovun 90 illik yubileyidir.
1927-ci ildə anadan olan Ö. Eldarov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində yer tutur. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının abidələrini göstərmək olar.
O bundan əvvəl ”Şərəf nişanı”(1959), “Qırmızı Əmək Bayrağı”(1986), “İstiqlal” ordenləri ilə təltif olunub.
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...