“Qarabağ”ın hazırlıq planı dəqiqləşdi

10:06 22-12-2017 | icon 3090
“Qarabağ”ın hazırlıq planı dəqiqləşdi

Ağdamın “Qarabağ” klubunun qış hazırlıq planı dəqiqləşib.

Ağdam təmsilçisi yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq.

Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək. Komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Artıq 3 rəqibin adları və bu oyunların keçiriləcəyi tarixlər məlum olub.

“Qarabağ” yanvarın 20-si Polşanın “Lexiya”, yanvarın 25-i Ukraynanın “Mariopol” və fevralın 3-ü isə Monteneqronun “Mladost” komandasıyla qarşılaşacaq. Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.


Digər xəbərlər

0.25872206687927