Nazirlik icra başçısına fəxri fərman verdi - Fotolar

23:48 27-12-2017 | icon 3215
Nazirlik icra başçısına fəxri fərman verdi - Fotolar

Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən daxil olan məlumata görə, mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O, Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, mərkəzin rayonda həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib.

Tədbir çərçivəsində Qəbələ rayon Heydər Əliyev Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində fəal iştirak edən şəxslərə fəxri fərmanlar verilib.

Həmçinin Səbuhi Abdullayevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim olunub.

 



Digər xəbərlər

0.22333407402039