Abel Məhərrəmova ağır itki - Qardaşı iş başında dünyasını dəyişdi

00:50 08-01-2018 | icon 3828
Abel Məhərrəmova ağır itki - Qardaşı iş başında dünyasını dəyişdi

Bakı Dövlət Universitetinin (BDU)  rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.

 A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş. 

Xəbəri BDU-dan təsdiqləyiblər. 

Məhərrəm Məhərrəmov sabah Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası və anası da eyni qəbiristanlıqda dəfn olunub.
 
Qeyd edək ki, M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov  2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
 
Allah rəhmət eləsin!

***

“İnterpress.az” xəbər verir ki, Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Məhrum ürək tutmasından iş başında vəfat edib.

 


Digər xəbərlər

0.24718809127808