Reketçilikdə ittiham olunan jurnalistdən şikayətçi olmadılar
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.
Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib.
Rasim Bağırov video-görüntülərlə şantaj olunaraq 7300 manat verdiyini, Fuad Məmmədov isə barəsində rüsvayedici yazı dərc etdiyi üçün Surxay Əliyev vasitəsilə 2 min manat, sahibkar Xəyyam Həsənov obyekti haqda yazılar yayımladığı üçün 2 min manat, Qabil Hüseynov isə eyni formada təhdidə görə 43 min manat, otel işlədən Nofəl Musayev obyektini yazılarında əxlaqsızlıq yuvası kimi təqdim edən Habil Vəliyevə 3 min manat verdiyini deyib. Onlar Habil Vəliyevin pulun qaytarıldığını deyiblər və şikayətçi olmadıqlarını bildiriblər.
Proses yanvarın 30-da davam etdiriləcək.
DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...