DİN əməliyyat keçirdi - Axtarışda olan 16 nəfər saxlanıldı

16:12 20-01-2018 | icon 3814
DİN əməliyyat keçirdi - Axtarışda olan 16 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.


Digər xəbərlər

0.25761079788208