İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq
İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq.
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də strukturuna daxil edəcək təhsil ocağı dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq.
Dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan İlahiyyat İnstitutuna hazırda inzibati bina axtarılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir.
İnstitut üçün yataqxana ayrılması da planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.
G. İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz.
Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasıyla bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq. Çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...