AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı
Bu gün Bulvar otelində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində R.Rəhimov 70 yazılmış simvolik hakim forması təqdim olunub.
Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu “Bu mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.
İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra bir sıra qərarlar qəbul edib.
Zeynal Zeylanov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Futbol veteranlarından Müzəffər Qasımov və Gündüz Cəfərova AFFA-nın xüsusi təqaüdü, Vaqif Davudov, Nadir Qasımov, İsmayıl Hüseynov və Ağarza Rzayevə isə təqaüd verilməsinə dair qərar qəbul olunub.
Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü təyin olunub.
İclasda qərara alınıb ki, AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.
İclasda Futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.
Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...