Azərbaycanda ana doğuşdan 3 gün sonra öldü - Cinayət işi açıldı
Şəki Regional Perinatal Mərkəzində ölüm hadisəsi baş verib.
Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixdə Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib.
Lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.
Məlumata görə, bu, T.Məmmədovanın 5-ci hamiləliyi və 2-ci doğuşu olub.
Hadisə ilə bağlı baku.ws yazıb ki, mərkəzin direktoru Azad Novruzov Məcidinski və baş həkim Saniyə Bəyməmmədova tərəfindən keçirilən məliyyatdan 2 saat sonra xəstədə qanaxma baş verib. Belə ki, əməliyyat zamanı xəstənin aorta damarının zədələndiyi bildirilib. Xəstə yaxınlarının məlumatına görə, pasiyentin qanaxması dayanmadığına görə yenidən əməliyyata alınıb. Bakıdan həkim briqadası gəldikdən sonra xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bunun bir faydası olmayıb. Yaxınları xəstənin həkim səhləkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər.
Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...