Nəsimi rayonunda soyqırımla bağlı tədbir keçirilib
31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam etdirilir.Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2018-ci il tarixində rayon ərazisində yerləşən Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilib.
Tədbirdə rayon məktəblilərinin və gənclərinin soyqrımına həsr olunmuş rəsmləri nümayiş olunub.
Əvvəlcə tədbir iştirakçıları rəsmlərlə tanış olublar. Sərgidə təqdim olunan rəsmlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək qeyd edib ki,1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Bildirib ki, “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər.
“1918-ci ilin mart ayında əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanıb. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib.
Ermənilər azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi siyasətini davam etdirərək SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kalxozçuların və başqa azərbaycanlı əhalinin azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında,1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail olublar".
Tədbirdə çıxış edənlər - Qarabağ müharibəsi veteranları, əlillləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin Sədri Azər Quliyev, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov və 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova Nəsimi rayonunda Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək, hər zaman xalqımıza qarşı edilən cinayətlərin, qırğınların yaddaşlarımıza həkk olunduğunu bildiriblər.
Sonra azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirin sonunda çəkdikləri rəsmlərə görə bir qrup məktəbliyə Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim edilib.
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...