Qaradağda Aprel döyüşlərinin iştirakçıları ilə görüş keçirilib
03 aprel 2018-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə birgə görüş keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikasının Milli Qəhramanı Samid İmanovun həyat yoldaşı Badam İmanova, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Qaradağ rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüş zamanı Aprel döyüşləri barədə danışaraq bildirmişdir ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək. Sonda cənab başçı bildirdi ki, Aprel döyüşləri şanlı qələbəmizdir, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Sonra çıxış edən Badam İmanova bildirdi ki, həyat yoldaşı Samid İmanovun həlak olması ailəni nə qədər kədərləndirsə də, onun Vətən uğrunda qəhrəmanlıq göstərməsi bir o qədər də sevindirdi: “Biz övladlarımızı böyüdürük ki, Vətəni qorusun, yeri gələndə belə şəhid olsun. Vətən sevgisinin ana sevgisi ilə eyni tutulması o deməkdir ki, Vətən torpağı ana qədər əzizdir”.
Daha sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda Aprel döyüşçüləri ilə xatirə şəkli çəkdirildi.
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...