Azərbaycan neftinin qiyməti 74 dolları ötdü - 3,5 ildən sonra ilk dəfə
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 74,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
Azərbaycan neftinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 28-də 74 dollar/bareli ötmüşdü. Belə ki, həmin vaxt “Azeri Light”ın bir bareli 74,52 dollar olub.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 11-də 69,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,68 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 11-də 72,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,28 dollar/barel çoxdur.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...