İlham Əliyev metroda - Fotolar
Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.
Qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında olub.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına metronun konseptual inkişaf sxemi və yeni metro qatarları barədə məlumat verib.
Prezident İlham Əliyev yeni metro vaqonlarına baxıb.
Yeni qatarın sürəti saatda 90 kilometrdir. Qatarın baş vaqonu 38 oturacaqlı olmaqla, ümumilikdə, 315 yerlik, orta vaqonu isə 44 oturacaqlı olmaqla, ümumilikdə, 328 yerlikdir. Yeni vaqonların mühərriklərinin gücü 170 kilovatdır.
Qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlərin tətbiqi qatarda hərəkət təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Vaqonlardakı sərnişinlərin təhlükəsizliyi daxili və xarici videomüşahidə sistemləri əsasında təmin edilir.
Prezident İlham Əliyev yeni qatarla metronun “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedib.
Qatarda vaqonlararası birbaşa keçidin təmin edilməsi ilə onun konstruksiya tutumu sələfləri ilə müqayisədə 15 faiz çoxdur. Vaqonlararası keçidin olması bütün qatar boyunca sərnişinlərin bərabər paylanmasını, sərnişinlərin yerləşmə sahəsini genişləndirməklə onların rahat daşınmasını və təhlükəsizliyini təmin edir. Vaqonlarda mükəmməl istilik, salonda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur.
Yeni konstruksiyalı səsboğucu ilə təmin edilmiş təkərlərdən istifadə olunduğu üçün qatarlar səssiz və rəvan hərəkət edir.
Dövləti başçısına metronun konseptual inkişaf sxemi barədə məlumat verilib.
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...