Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatı start götürəcək. Azərbaycan yığmasının 9 üzvü bu gün yarışa qatılacaq.
60 kq çəkidə Vüqar Şirinli rusiyalı Beslan Mudranovla qarşılaşacaq. Bu görüş 1/16 final mərhələsində keçiriləcək.
66 kq-da komandanın liderlərindən olan Nicat Şixəlizadə də 1/16 finaldan tatamiyə çıxacaq. Onun ilk rəqibi moldovalı Denis Vyerudur.
Eyni çəkidə mübarizə aparan Orxan Səfərov isə xorvatiyalı Bernard Azinoviçlə qüvvəsini sınayacaq.
Qadınların mübarizəsində də yarışlara start veriləcək.
48 kq çəki dərəcəsində Leyla Əliyeva sloveniyalı Marusa Stanqara ilə mübarizə aparacaq.
1/16-da eyni çəkidə Bazaraqça Erdenebat da mübarizəyə qoşulacaq. Onun rəqibi türkiyəli Dilarə Loğmanhəkim olacaq.
52 kq-da Gültac Məmmədəliyeva da qardaş ölkə təmsilçisi ilə üz-üzə gələcək. O, İrəm Korkmazla qüvvəsini sınayacaq.
Buyanxışıq Purevsuren də norveçli Medelin Rubinşteynlə güləşəcək.
57 kq çəkidə Ülviyyə Rəhimli polşalı Anna Borovskanı mübarizədən kənarlaşdırmağa çalışacaq.
İçinxorlu Munxtsedevin rəqibi isə Nora Qyakova olacaq.
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...