Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirildi
04 may 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” Abidə Kompleksinin önündə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbiçilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqiqəlik sükutla yad edilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, veteranlar və Şura üzvləri hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında abidə önünə əklil və gül dəstələri qoydular.
Sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.
Daha sonra Böyük Vətən Müharibəsi veteranları və veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçıları ilə görüş keçirildi, onların istək və arzuları dinlənildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbirin Ulu Öndərin 95 illik yubileyi ərəfəsində olduğunu xatırladaraq, Heydər Əliyevin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 2 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və 38 nəfər veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçısına maddi yardım göstərildi.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək, göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...