“Nar” ilə “WhatsApp” artıq pulsuzdur
4 may 2018-ci il tarixindən etibarən, artıq “Nar”ın bütün yeni aktivləşmiş “Turbo” internet paketlərində “WhatsApp” pulsuzdur.
Şirkətdən verilən məlumata görə, bununla da, “Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək “WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.
Xatırladaq ki, müxtəlif həcmli “Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və “WhatsApp” vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli “Turbo XL”, “Turbo 2XL” və “Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.
“Nar”ın “Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...
-
2024-cü ildə yaşayış minimumu bu qədər olacaq
...
-
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
...
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...