Klinikalar xəstələrin kabusuna dönüb- ŞİKAYƏT
2017-ci il başlayanadan Azad İstehlakçılar Birliyinə həkimlərin səhvi barədə şikayətlər daxil olur.
Bu barədə Gununsesi.info-ya AİB-nin sədri Eyyub Hüseynov məlumat verdi.
Onun sözlərinə görə, “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) artıq “Medi Club” tibb mərkəzində xəstə Fazil Məmmədovu əməliyyat etmiş həkimdən Fazil Məmmədova 4000 AZN məbləğin qaytarılmasına nail olub: “Lakin “Medi Club” tibb mərkəzi ilə məhkəmə çəkişməmiz davam edir. Başqa şikayət Sevda Balayeva tərəfindən “MED Holdinq” klinikasının sahibi və stamotoloqu Cavid Qurbanovla bağlıdır!. Vətəndaşdan 2330 AZN alıb, heç bir maliyyə sənədi verilməyib.
Hüseynov bildirir ki, C.Qurbanov şikayətçıni çıxılmaz vəziyyətə salıb: “Hazırki mərhələdə AİİB həkimlə danışıqlar aparır ki, mübahisəni danışıq yolu ilə ilə təmənnasız olaraq həll etsin. Digər şikayət ölkənin çox nüfuzlu şəxsinin rəhbərlik etdiyi dövlətə məxsus klinikadandır. Bu klinikada təmənnasız olaraq əməliyyat olunması baş tutmayıb. Şikayətçi Yusubova Rəsmiyyənin sağlamlığına ciddi zərər dəyib. AİİB tərəfindən klinikanın rəhbərinə rəsmi məktub göndərilib və məsələnin danışıq yolu ilə həllinə dair təklif verilib. Şikayətçinin məqsədi qeyri-qanuni ödənilmiş 2800 AZN pulun qaytarılması və sağlamlığının bərpa olunmasıdır”.
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...