Azərbaycanda nişanlısının yaşını öyrənən qız evdən qaçdı - Video
Sabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur.
Hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib.
Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb.
Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb. Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.
Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...