Tapdığı çantadan pul oğurlayan qadın tutuldu - Bankomat sayəsində

17:11 14-05-2018 | icon 4518
Tapdığı çantadan pul oğurlayan qadın tutuldu - Bankomat sayəsində

Fevralın 24-də Bakı şəhər sakini G.Əliyeva içərisində 120 manat pulu, evinin açarları və sənədləri olan çantasını marşrut avtobusunda unudub.

Az sonra onun mobil telefonuna bank hesabından 229 manat pulunun çıxarılması barədə mesaj gəlib. G.Əliyevanın hesabından pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Nəbiyeva saxlanılıb.

Müəyyən edilib ki, o, avtobusda tapdığı çantadakı bankomat kartının üzərində qeyd olunmuş kod vasitəsilə G.Əliyevanın hesabından göstərilən məbləğdə vəsaiti çıxararaq oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.


Digər xəbərlər

0.25657606124878