Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir
18 may 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab
Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü
keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra
Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak
etmişlər.
Keçirilmiş səyyar qəbulda 280 yaxın qəsəbədə sakinləri iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz
təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi
problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 15 nəfəri fərdi
qaydada dinlənilmişdir. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra
onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq
tapşırıqlar verilmişdir.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab
İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə
ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmiş, Lökbatan qəsəbəsi
ərazisində salınmış yaşıllıqların, inşa edilmiş parkların, quraşdırılmış idman
qurğularının qorunması əhaliyə tövsiyə olunmuşdur.
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...